Qol.az saytının 15 yaşı tamam olur

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 15 il ötür.

Metbuat.az xəbər verir ki, Qol.az idman-xəbər saytı olaraq 2008-ci il noyabrın 17-də yaranıb və qısa zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Dünyanın ən etibarlı sayğac sistemi olan “Google analytics”in göstəricilərinə əsasən, son illlər Qol.az Azərbaycanın ən çox oxunan idman portalları siyahısında liderliyini qoruyub saxlamaqdadır.

Gün ərzində orta hesabla 20-22 mindən çox İP-dən idman, xüsusilə futbol xəbəri əldə etmək üçün məhz Qol.az-a müraciət olunur.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan Qol.az saytı “5 Media” şirkətinin media layihələrindən biridir.

Həmkarlarımızı tərbik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR