Efirlərdən uzaq qalan Zeynəb Xanlarova HARADADIR?

Azərbaycanın ictimai-siyasi həyatında öz fəaliyyəti ilə seçilən sabiq nazirlər, millət vəkilləri, partiya rəhbərləri, ziyalılar, mədəniyyət nümayəndələrinin hazırda hansı fəaliyyətlə məşğul olması ictimaiyyət üçün daim maraqlı olub. Sabiq millət vəkili, Xalq artisti Zeynəb Xanlarova da cəmiyyət üçün maraqlı olan şəxslərdən biridir.

Bəs Zeynəb Xanlarova haradadır?

Metbuat.az-ın məlumatına görə, Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Zaurqızı Bizim.Media-ya açıqlamasında məlumatı təsdiqləyib. O, bildirib ki, Zeynəb Xanlarova mütəmadi olaraq Saraya gəlir:

“Hər hansı konsert layihəsi nəzərdə tutulmayıb. Sadəcə Zeynəb Xanlarova Heydər Əliyev Sarayına məşq etmək üçün gəlir”.

Xatırladaq ki, Xalq artisti uzun müddət sonra oktyabrın 29-da “Gülüstan” sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Musiqi Forumunun açılış mərasimində görüntülənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR