Ərdoğanın Afinaya apardığı mühafizəçi diqqət çəkdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və heyətinin Yunanıstan səfəri ilə bağlı detallar yerli medianın gündəmindədir.

Metbuat.az xəbər verir ki, yerli media Ərdoğanın mühafizəsinə diqqət çəkib. “Proto Thema”qəzeti Ərdoğanın Afinadakı səfəri zamanı onu müşayiət edən uzunboylu mühafizəçiyə diqqət çəkib. Qəzet yazır ki, Ərdoğan və nümayəndə heyətinin Afinada səfəri zamanı gözlənilməz hadisənin qarşısını almaq üçün təhlükəsizlik yüksək səviyyədə təşkil edilib. “SKAI” televiziyasının məlumatına görə Prezident Ərdoğanı müşayət edən 2 metrlik mühafizəçi Afinanın “Eleftherios Venizelos” hava limanına enən kimi diqqət çəkib.

Digər tərəfdən Yunanıstan mətbuatı Ərdoğanın səfəri üçün 47 silaha icazə verildiyi və onlardan 16-nın Ərdoğanın mühafizəçilərinə aid olduğunu yazıb. “Proto Thema” qəzeti də Ərdoğanın səfəri zamanı təhlükəsizliyin yüksək səviyyədə olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı