Sərhəddə gözləyən avtomobillərin sayı açıqlandı

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir.

Bu barədə AYNA-dan məlumat verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 230, “Biləsuvar” gömrük postunda 68, “Mazımqara” gömrük postunda 52, “Samur” və “Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR