Putindən Ukrayna müharibəsini bitirəcək təklif - "Bu qədər ərazi verin"

Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs təklif edib.

Metbuat.az xəbər verir ki, “New York Times” belə iddia irəli sürüb. Bildirilir ki, Putin ictimaiyyət qarşısında Ukrayna ilə bağlı qətiyyət nümayiş etdirsə də, arxa planda atəşkəs təklifi edib. Putinin Qərbə vasitəçilər vasitəsilə cəbhə xəttində döyüşləri dayandıracaq atəşkəsə açıq olduğunu bildirən mesajlar göndərdiyi iddia edilib.“The New York Times” bu iddianı Kremlə yaxın iki keçmiş Rusiya rəsmisinə və Putinin nümayəndələrindən mesaj alan ABŞ və beynəlxalq rəsmilərə istinadən irəli sürüb.

Qəzetə danışan amerikalı rəsmiləri iddia ediblər ki, Rusiya ilk dəfə 2022-ci ilin payızında atəşkəs razılaşmasını nəzərdən keçirib. Mənbələr Putinin o dövrdə Rusiyanın zəbt etdiyi torpaqlardan razı qaldığını və bu mesajın Vaşinqtona çatdırıldığını bildirib. Qəzet iddia edib ki, Kreml administrasiyası ictimaiyyətə müharibəni davam etdirmək mesajını versə də, Ukraynada qələbə elan edərək müharibəni bitirmək istəyir. Rusiyanın şərti ələ keçirdiyi ərazilərdə qalmaqdır. Qəzetə danışan ABŞ rəsmiləri Putinin mövqeyinin dəyişdiyini və Rusiya liderinin artıq Zelenski hökumətində dəyişiklik tələb etmədiyini vurğulayıblar.

ABŞ rəsmiləri iddia ediblər ki, Putin atəşkəs razılaşması ilə Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiyanın nəzarətində qalmasını təmin etməyə çalışır.Xəbərdə qeyd edilib ki, əvvəllər işğal olunmuş bütün torpaqları geri alacağını bəyan edən Ukrayna administrasiyasının təklifə münasibəti bəlli deyil.Qəzetə danışan keçmiş Rusiya rəsmiləri bildiriblər ki, əgər Rusiya qüvvələri yenidən Ukraynada irəliləyiş əldə edərsə, Putin atəşkəslə bağlı fikrini dəyişə bilər.

Məsələ ilə bağlı “New York Times”a çatan Kremlin sözçüsü Dmitri Peskov, Putinin həqiqətən müzakirəyə hazır olduğunu, bununla belə Rusiyanın müharibədə məqsədlərinin dəyişmədiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı