Çingiz Hüseynov vəfat etdi

Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqının üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.

O bildirib ki, atası ilə sonuncu dəfə bir neçə saat əvvəl danışıblar.

Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı