Sərhəddə qarşıdurma ola bilər? - "Əgər İrəvan bunu etsə..."

Fransanın İrəvana hərbi dəstək verməkdə məqsədi Ermənistandan istifadə edərək Qafqazda yerləşməkdir.

Bunu Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. Onun sözlərinə görə, hazırda Bakı və İrəvan arasında münasibətlər nisbətən sabitləşib:

Azərbaycan rəhbərliyi də sülh tərəfdarıdır, Ermənistan tərəfindən də hər hansı sərt ritorika yoxdur, onlar da sülh tərəfdaşı kimi çıxış edirlər və hətta beynəlxalq təşkilatlara müraciət edirlər ki, Azərbaycana sülh bağlaması üçün təzyiq edilsin. Bu, üzdə olan münasibətdir. Eyni zamanda, tərəflər arasında qüvvələr nisbəti də Ermənistana heç bir şans vermir. Ermənistan nə qədər silah yığsa da, bu silahlar keyfiyyətli silahlar deyil. Rusiya və Fransanın verdiyi köhnə silahlardır.

Fransa regiona Ermənistan vasitəsi ilə yerləşmək istəyir. Müşahidə qrupunu Ermənistana gətirərkən də belə bəhanə etdilər ki, guya Azərbaycan İrəvana qarşı təcavüzə hazırlaşır, təxribat olacaq, guya Azərbaycan Ermənistanın içərilərinə irəliləmək istəyir. Bunun qarşısını almaq üçün, getdikcə o missiyanın sayını artırır və hərbiləşdirirlər. Son olaraq Fransanın jandarm generalı şərti sərhədə gəldi, guya Azərbaycana bir mesaj göndərdi. Dünya praktikasında özünü bu qədər nümayişkaranə şəkildə açıq göstərmək o qədər də qəbul edilmir".

Akif Nağı deyib ki, hər hansı bir silahlı qarşıdurma yaşansa, bu, Ermənistanın ziyanına olacaq:

"Zamanında Ermənistanın arxasında Rusiya da dayandı. Müvəqqəti uğur qazandılar, amma sonra qazanan yenə Azərbaycan oldu. Rusiya ilə müqayisədə Fransa zəifdir. Məntiq deyir ki, Ermənistan silahlı qarşıdurmaya əl atmamalıdır. Amma onlar heç vaxt məntiqlə hərəkət etməyiblər, sifarişlə hərəkət ediblər. Bu da ona gətirib çıxara bilər ki, münasibətlər gərginləşər. Belə olsa, Qərbin İrəvana dəstəyi artacaq. Qarşıdurmanı bəhanə edərək Ermənistanda hərbi güc yerləşdirə bilərlər. Yəni burada məqsəd Fransanın, Qərbin hərbi qüvvələrinin Qafqazda yerləşdirilməsidir. Çalışacaqlar bu yolla Rusiyanı regiondan çıxarsınlar. Burada qazanan Qərb olacaq, Ermənistan isə itirən tərəf olacaq, bu dəfə birdəfəlik peşman olacaqlar".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı