"Demokrat.az"ın fəaliyyətə başlamasından 6 il ötür

Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan "Demokrat.az" xəbər portalının 6 yaşı tamam olur.

Metbuat.az xəbər verir ki, azərbaycandilli xəbər saytları içərisində özünün xüsusi dəsti-xətti ilə seçilən "Demokrat.az"ın əsası 11 mart 2018-ci ildə qoyulub. Bu gün "Demokrat.az" saytı ölkənin tanınan media ailəsinin - "Demokrat Media" şirkətinin tərkibində fəaliyyət göstərir.

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan sayt toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Ötən qısa vaxtda peşə prinsiplərinə sadiq qalmağı bacaran saytın artıq öz auditoriyası formalaşıb.

Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan "Demokrat.az" yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.

Metbuat.az kollektivi adından "Demokrat.az"da çalışan həmkarlarımızı təbrik edirik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR