Marina Lutsenko The Globe Gala ilə adını duyuranlardan oldu - FOTO

Doğru strategiya və cəsarətli addımlar qadın potensialının ən yaxşıgöstəricisidir. Toplumda özünü təsdiq edə bilən qadın güclü qadındır. Öz şəxsi inkişafı üçün daima axtarışda olan cəsarətli qadınlar silsiləsində ukraynalı işgüzar xanım, influencer Marina Lutsenkonun yeri ön sıralardadır.

Karyerasını Koreyada formalaşdıran işgüzar xanım artıq 4 ildir ki, bu ölkədə yaşayır. Burada şəxsi brendi və biznesini inkişaf etdirən Marina Lutsenko dünyaca məşhur kosmetika və kosmetoloji məhsulların B2B, B2C satışı ilə məşğuldur.

İşgüzar xanımın qurduğu biznesin geniş çeşid təqdimatı, rahat və funksional vebsayt, sürətli sifariş və çatdırılma, peşəkar komanda, uyğun qiymət və vasitəçi olmadan birbaşa istehsalçılarla işləmək kimi üstünlükləri var.

Daim biznesini bir addım önə daşımağın ən yaxşı yollarını axtaran Marina Lutsenkonun növbəti addımı öz brendini təkmilləşdirməkdir. O, hazırda Cənubi Koreyanın ən yaxşı mütəxəssisləri, ən son texnologiyaları, müasir dizaynı ilə şəxsi kosmetik brendini formalaşdırır.

İşgüzar xanımın Koreyadakı həyatı, biznes tarixçəsi və ailə dəyərlərini paylaşdığı YouTube, TikTok və Instagram sosial şəbəkələrində geniş və sadiq izləyici kütləsi var.

Hər birimiz bu həyata bir missiya ilə gəldiyimizi düşünsək onun missiyası gələcəkyönümlü motivasiya, cəsarət, və ailə dəyərləri ilə nümunə olmaqdır.

"Yaşamaq üçün bir şansın var, onu ləyaqətlə və gözəlliklə yaşa!" devizi ilə addımlayan Marina Lutsenkonun hədəfi brendini dünya markasına çevirməkdir.

Ukraynalı işgüzar xanım Marina Lutsenko, 19 Mart 2024-cü il tarixində “The Globe Gala” layihəsində ilin “The Succesful Beauty Enterpreneur of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı