46 yaşlı kişi itkin düşdü - FOTO

İtkin düşən 46 yaşlı şəxs axtarılır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Xaçmaz rayonu ərazisində yaşayan 46 yaşlı Murad Ziyayev 2023-cü il noyabr ayında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

    M.Ziyayevin ruhi xəstə olduğu bildirilir.

    Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR