Minimum əmək haqqı 500 manat olacaq?

“Azərbaycanda vakansiyalarda təklif edilən 500-800 manat əmək haqqı məbləği real vəziyyətə uyğun deyil”.

Bunu Metbuat.az-a iqtisadçı Rauf Qarayev deyib. O hesab edir ki, əmək haqqı məbləği 1000 manatdan aşağı ola bilməz:

“Ölkədə bununla bağlı ciddi addımlar atılmalıdır. Biz Avropada ən aşağı maaş olan ölkələr sırasındayıq. Bəzi işə götürənlər, ümumiyyətlə əmək haqqı məbləğini vakansiyalarda qeyd etmirlər. Buna səbəb kimi tələblərin yüksək olması göstərilir. Bu tələblər əsasında onların verəcəyi əmək haqqı reallığı əks etdirmir. Bəzi iş yerlərində nahar üçün verilən əlavə ödənişlər isə heç dönər almağa kifayət etmir. Marketlərdə gündə 5-10 qəpik qiymət artımı var. İnflyasiya isə 3-5 faiz qeyd olunur. Hazırda bazarda mövcud inflyasiya rəqəmləri ilə işçilərə verilən əmək haqqı bir-bir ilə tərs mütənasibdir.

İqtisadçı qeyd edib ki, bu səbəbdən minimum əmək haqqının 490 -500 manata qədər yüksəldilməsi daha məqsədəuyğun olardı.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı