Azad olunan ərazilərdə 135 mina zərərsizləşdirildi

Azad olunan ərazilərdə iyunun 3-9-da 47 tank əleyhinə mina, 88 piyada əleyhinə mina, 615 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Metbuat.az bildirir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən 1362.3 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR