17 çap mediası qalib elan olundu

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb.

Bu barədə Metbuat.az-a Agentlikdən məlumat verilib. Məlumatda bildirilir ki, MEDİA tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqədə 17 çap mediası qalib elan olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR