“WhatsApp” bu telefonlarda işləməyəcək

“WhatsApp” mesajlaşma proqramı KaiOS 2.5.4 və daha yuxarı versiyalarla işləyən cihazlarda fəaliyyətini dayandırıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə mesencerin texniki heyəti məlumat verib.

Bildirilib ki, bundan sonra yalnız 2024-cü il iyunun 25-dən əvvəl daxil olmuş istifadəçilər KaiOS-da WhatsApp-dan istifadə edə bilər.

Siyahıya daxil olan JioPhone, JioPhone 2, Nokia 800 Tough, Nokia 2720 Flip, Nokia 2760 Flip, Nokia 2780 Flip, Nokia 6300 4G, Nokia 8000 4G və Nokia 8110 4G, bəzi Alcatel və Energizer modellərində Whatsapp tətbiqinin istifadəsi məhdudlaşdırılacaq.

Qeyd edək ki, şirkət bununla bağlı iyun ayında xəbərdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR