Bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 305,4 milyon dollar təşkil edib.
Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,83 %-ni təşkil edib.
Əlavə edək ki, 2023-cü ilin eyni aylarında Azərbaycan 362 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.