Bilginer ikinci dəfə "Emmi" mükafatına namizəd oldu

Məşhur aktyor Haluk Bilginer 2024 Beynəlxalq "Emmi" mükafatlarında "Ən yaxşı aktyor" kateqoriyasında ikinci dəfə namizəd olub.

Metbuat.az bildirir ki, bununla o, "Emmi" eyni layihənin ilk sezonu ilə mükafata layiq görüldükdən sonra ikinci dəfə namizəd göstəriən ilk aktyor olub.

Bilginer daha əvvəl 2019-cu ildə "Ay Yapım"ın prodüseri olan, Onur Saylakın rejissorluq etdiyi, ssenari müəllifi Hakan Günday olan 'Şəxsiyyət' serialındakı "Ağah Beyoğlu" obrazı ilə eyni kateqoriyada "Ən yaxşı aktyor" mükafatını qazanmışdı.

Qaliblər 25 noyabrda Nyu-Yorkda keçiriləcək 52-ci Beynəlxalq Emmy Mükafatlarının Qala mərasimində elan olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı