COP29-la bağlı Azərbaycanla işləməkdən məmnunam - Kşaba Korosi

“COP29 komandası olaraq belə qısa müddətdə hazırlıqlar apararaq bu qədər öhdəlik götürmək düşünürəm ki, indiyə kimi heç zaman olmayıb”.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Kşaba Korosi deyib. O, COP 29-a sədrliyin böyük vəzifə olduğunu bildirib.

“Azərbaycanı bu cəsarətinə, ortaya qoyduğu resurslara və qətiyyətinə görə təbrik edirəm. COP 29-la bağlı Beynəlxalq Məşvərət Komitəsinə üzv kimi dəvət olunmağımdan çox məmnunam. Öhdəliyimiz böyükdür. Dünyanı iş görmək üçün son fürsətlətrimiz olduğuna, bunun üçün vəsaitin tələb olunduğuna inandırmalıyıq. Azərbaycanla işləməkdən zövq alıram. Biz COP 29-un əsas liderləri ilə iqlim dəyişikliyi idarəçiliyi, maliyyələşmə, texnologiyalar və adaptasiya sahələrində uğur hekayələrinin necə qurula biləcəyi və insanların bundan necə bəhrələnə biləcəyi ilə bağlı müzakirələr aparırıq”,- deyə macarıstanlı diplomat qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı