[ 08 İyun 2015 10:10 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində partlayış olub.

APA-nın məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Niyaməddin Hacıyevin evində qaz balonu partlayıb. Nəticədə ev sahibi müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.