"​YouTube"dan yenilik - Bu seçim ləğv edilir

Dünyanın ən böyük video platforması olan "YouTube" istifadəçiləri məyus edə biləcək yenilik edir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, platforma videolardan öncə və videoların içində göstərilən reklamlarda "reklamı keç" seçimini məhdudlaşdırmağa başlayıb.

Məlumata görə, bəzi kompüter istifadəçiləri reklamları keçməyə imkan verən düymənin gizlədildiyini müşahidə ediblər. Reklamın keçilməsi üçün göstərilən dairə şəklində saniyə düyməsinin əvəzinə sadəcə boz düzbucaqlı görünür.

Bu xüsusiyyət yalnız kompüterlərdə deyil, Android cihazlarında da test edilməyə başlanılıb. Android istifadəçiləri də reklamı keçmə düyməsinin görünmədiyini qeyd ediblər.

Hələlik platformadan rəsmi açıqlama verilməsə də, reklamları tam izləməyə məcbur edən yeniliyin ödənişli "Youtube Premium"a qoşulanların artırılmasına hədəfləndiyi düşünülür.

Qeyd edək ki, "Youtube Premium"a qoşulan istifadəçilərə reklamlar göstərilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı