"iPhone" istifadəçiləri bu funksiyadan istifadə etməsin

"Sevco" adlı təhlükəsizlik proqram təminatı şirkəti "Apple" ekosistemində boşluq aşkarlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, işdə istifadə edilən "Mac" kompüterinlərində "ekran əksetdirmə" funksiyası aktivləşdirildikdə iPhone-lardan alınan məlumatlar həmin şirkətin İT sistemləri ilə paylaşılır. Belə ki, işçilərin istifadə etdikləri tətbiqlərdəki məlumatlar işəgötürənlərin daxil ola bildiyi korporativ şəbəkələrdə saxlanılır. Qısası, iş yerində iPhone cihazınızı "Mac" kompüterinizə qoşduğunuz zaman işəgötürənlər və ya sistem administratorları iPhone-unuzdakı məlumatları görə bilirlər.

Mütəxəssislər iPhone istifadəçilərini bu funksiyadan iş kompüterlərində istifadə etməyi dayandırmağa və "Apple" yenilənmə buraxana qədər "Mac"dan proqram inventarını toplayan hər hansı korporativ İT sistemlərindən ehtiyatlı olmağa çağırıb.

Şirkətdən bildirilib ki, bu problem işçinin paylaşmaq istəmədiyi bir sağlamlıq vəziyyətinin və ya ailə sirrinin, şəxsi həyatla bağlı gizli məlumatların şirkət rəhbərləri tərəfindən asanlıqla oxunmasına səbəb ola bilər. Buna görə də iPhone istifadəçilərinin bu təhlükəsizlik xəbərdarlığını ciddi qəbul etməsi tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı