"Instagram"da bu funksiya tarix olur

"Instagram"da mesajlaşma zamanı ekran görüntüsü çəkməyə icazə verilməyəcək.

Metbuat.az xəbər verir ki, platforma istifadəçi məxfiliyini artırmaq məqsədilə "Vanish Mode" rejimində ekran görüntüsü çəkməyi məhdudlaşdıracaq.

Hazırda bu modda ekran görüntüsü çəkdikə qarşı tərəfə bildiriş göndərilir. Yenilik sayəsində mesajların ekran görüntüsünün çəkilməsinin qarşısı tamamilə alınacaq.

"Instagram" bununla xüsusilə gənc istifadəçilərin kiber zorakılıqdan qorunmasını hədəfləyib. Texnoloji həllərin tam məxfilik təmin etmədiyini nəzərə alsaq, bu cür təhlükəsizlik tədbirləri istifadəçilər arasında daha təhlükəsiz ünsiyyətə töhfə verəcək.

Qeyd edək ki, köhnə "Instagram" versiyalarında və veb versiyada ekran görüntüsü çəkmək isə hələ də mümkün olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR