​ “WhatsApp” yeniliyə doymur - "Ultra" seçimi gəldi

“WhatsApp” fon rəngi ilə bağlı yenilik edir.

Metbuat.az xəbər verir ki, qaranlıq rejimi dəstəyinə sahib olan “WhatsApp” yeniləmədən sonra tamamilə qara olacaq. Məlumata görə, hazırda istifadəçi dostu dizaynı ilə bəyənilən “WhatsApp”, yeniləmə ilə temalar və daha çox fərdiləşdirmə dəstəyinə sahib olacaq. Yeniləmə ilə “WhatsApp”ın hazırkı fon rəngi #0b141 daha tünd #0a1014 tonu ilə əvəz olunacaq. Bu rəng dəyişikliyi, batareya istehlakını minimuma endirməklə yanaşı, tətbiqi daha gözə uyğun rəngə uyğunlaşdırmaq məqsədi daşıyır. Əlavə edilmiş yeni temalar təkcə fon rəngini dəyişməyəcək, həm də söhbətlərin standart fonunu daha qaranlıq edəcək. Yəni zəif işıqda gözlər daha az yorulacaq və mətnlər daha asan oxunacaq.

Qeyd edək ki, bundan əvvəl “WhatsApp” söhbətləri 22 fərqli rəngdə fərdiləşdirmək imkanını istifadəyə vermişdi. Yeniləmə ilə ultra qaranlıq teması seçimi bu 22 temaya əlavə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR