"ChatGPT" tətbiqi indi "Windows"da

"OpenAI" şirkətinə məxsus "ChatGPT" süni intellekt çatbotunun tətbiqi "Windows" cihazları üçün istifadəyə verilib.

Metbuat.az xəbər verir ki, hazırda "Windows"da ödənişli istifadəçilər üçün aktiv olan "ChatGPT" tətbiqinin yaxın zamanda pulsuz versiyası da hamı üçün əlçatan olacaq.

"Windows"da mövcud olan "ChatGPT" tətbiqi istifadəçilərə yaxşı dizayn edilmiş, müasir interfeysdə sorğular vermək imkanı yaradır. Bununla yanaşı, tətbiq "Alt + Space" klaviatura qısayolu ilə süni intellekti tez aktivləşdirmək imkanı təqdim edir. İstifadəçilər eyni zamanda foto və sənədlər yükləyərək süni intellektə sorğular edə bilərlər.

Xatırladaq ki, "OpenAI" PC tətbiqini bir neçə ay öncə ilk olaraq "Mac" cihazlarında istifadəyə verib. Bu gündən etibarən "ChatGPT Plus", "Enterprise", "Team" və "Edu" istifadəçiləri "Windows" üçün təqdim olunan masaüstü tətbiqin ilk versiyasını test edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR