"WhatsApp"da suni intellekt dövrü başladı - Əmr et, icra etsin

“WhatsApp”da süni intellektin dəstəklədiyi “Microsoft Copilot” istifadəçilərə daha təkmilləşmiş funksiyalar təklif edir.

Metbuat.az xəbər verir ki, “Microsoft Copilot” “WhatsApp”da istifadəçilərə mətn əsaslı sorğularını emal etmək imkanı təqdim edir. “DALL-E 3” vasitəsilə isə istifadəçilər sadə mətnlərdən vizual məzmun yarada bilərlər. Məlumata görə, “Copilot”u “WhatsApp”a inteqrasiya etməklə istifadəçilər hətta “Microsoft” hesabı olmadan da “Copilot”un təklif etdiyi qabaqcıl funksiyalardan yararlana bilərlər. Bunun üçün istifadəçilər əlaqə siyahısına nömrə əlavə etməklə birbaşa “Copilot”la söhbətə başlaya və süni intellektin imkanlarından istifadə edə bilərlər.

İstifadəçilər mətn əsaslı şəkillər yaratmaqla yanaşı, yüklənmiş şəkilləri təhlil etmək və ətraflı məlumat vermək kimi funksiyalardan da istifadə edə bilərlər. Bunun üçün “WhatsApp” tətbiqindəki yuxarı sağ küncdəki + işarəsinə klikləyərək “Salam” yazmaq və proqram tərəfindən göndərilən əmrin altındakı “Qəbul et” düyməsini sıxmaq lazımdır. “Whatsapp” sayəsində istifadəçilər süni intellektlə söhbəti edə, söhbəti xatırlatmalarda saxlaya, mətnləri vizual olaraq canlandıra bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı