"Microsoft" şirkətinin "Windows 11" üçün son böyük yenilənməsi əməliyyat sistemini və "Windows Update"i sürətləndirib.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ayın əvvəlində təqdim olunan 24H2 versiyası bir çox faydalı yeniliklərlə gəlib. "Microsoft" bu yeniləmənin quraşdırılma, yenidən başlatma müddətlərini və CPU istifadəsini azaldacağını bildirib.
Yeniləmənin detalları göstərir ki, Windows 11-in 24H2 versiyası aylıq yeniləmələri təxminən 45% daha sürətli yükləyə və CPU istifadəsini 25%-ə qədər azalda bilər. Bəzi sistemlərdə isə açılma müddətində 40%-ə qədər sürət artımı mümkündür.
Microsoft həmçinin xüsusiyyət yeniləmələrinin yükləmə ölçüsünü təxminən 200 MB azaldıb. Bu dəyişiklik sayəsində yeniləmələrin həm yüklənməsi, həm də quraşdırılması daha çox sürətli və rahat olacaq.