COP29-da yaşıl zonaya kimlər daxil ola biləcək?

Yaşıl zonanın ümumi ərazisi 37,500 kvadratmetrdir. Bu ərazidə 56 pavilyon mövcuddur.

Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə COP29 Əməliyyat Şirkətinin Tərəfdaşlarla əlaqələr sektorunun rəhbəri Leyla Mahmudova deyib.

O qeyd edib ki, bundan başqa Yaşıl Zonada 4 konfrans otağı mövcuddur.

"Yaşıl zonanın əsas sakinləri xarici və yerli şirkətlər, QHT-lər, media və gənc qrupudur. Ayın 11-dən artıq Yaşıl Zona fəaliyyətə başlayacaq. Bu zonaya giriş akkreditasiya ilə və ya ödənişsiz biletlərlə mümkündür. Burada gündəlik proqramlar mövcud olacaq.

Mavi Zonada yerləşən Azərbaycan pavilyonunun əsas məzmunu Azərbaycanın dayanıqlıq mövzusunda gördüyü işlər və layihələr haqqındadır. Həmçinin, bu pavilyonda iki konfrans otağı olacaq", - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı