Məşhur türkiyəli məşqçi Fateh Terim Bakıya gəlir.
Metbuat.az-ın Qol.az-a istinadla verdiyi məlumata görə, səfər Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizəsi alyansı ilə bağlı olacaq.
Qeyd edək ki, alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.