COP29-da ekoaksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsini artırmağa çağırır

Bakıda keçirilən COP29 iqlim konfransında bu gün növbəti ekoaksiya keçirilib. Aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsini artırmağa çağırıblar.

Metbuat.az Report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə həssas ölkələrin dəstəklənməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda ən çox zərər çəkmiş regionların qorunması üçün resursların ədalətli bölüşdürülməsinin əhəmiyyətini qeyd ediblər.

Ekofəallar "We need trillions, not billions" ("Bizə milyardlar deyil, trilyonlar lazımdır") və "Pay up or shut up" ("Ya ödəyin, ya da çıxıb gedin") şüarları ilə çıxış ediblər.

Aksiyanın təşkilatçılarından biri bildirib ki, maliyyələ ilə bağlı məsələlər məhz burada - COP29-da həll edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı