COP29 çərçivəsində “City for People in Baku” tədbiri keçirildi

20 noyabr tarixində COP29 çərçivəsində "City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future" (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şüarı altında tədbir baş tutub.

Metbuat.az xəbər verir ki, tədbirdə AYNA-nın sədr müavini Heydər Rüstəmov, Bakıda mövzuya aid sahədə görülən işlər, ekosistemin sağlamlığının təkmilləşdirilməsi və şəhərin davamlılıq naminə həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat verərək açılış nitqi ilə çıxış edib. Həmçinin, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, "City for People" konsepti ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin davamı olaraq, Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunub və panel sessiyasında müzakirə edilib. Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov qeyd edib ki, “Bolt mikromobillik, xüsusilə velosiped və skuter yolları üçün rahat və təhlükəsiz infrastruktur yaratmaq məqsədi ilə əməkdaşlıqları genişləndirir. Həmçinin, 2024-cü ilin iyul ayından başlayaraq, Bolt-un bütün Avropada elektrikli avtomobilləri yaymaq üçün hədəfli planının bir hissəsi olaraq Bakının küçələrinə yeni avtomobillər əlavə edilib.

Ümumilikdə, Azərbaycanda 700-ə yaxın elektrikli avtomobil fəaliyyət göstərir. Artıq qeyd edə bilərik ki, aylıq attraksionların 1%-i elektrikli nəqliyyat vasitələri (EV) tərəfindən həyata keçirilir.

AmCham Heyətinin icraçı direktoru Gülnarə Aslanbəyli, davamlılıq mövzusunda verilən tövsiyələri bölüşərək, EV-in ƏDV və idxal rüsumlarından tam azad edilməsi, 3000 enerji doldurma stansiyasının yaradılması və mühüm hədəf olaraq 2030-cu ilədək avtobus parkının 30%-nin elektrikləşdirilməsi barədə məlumat verib.

Mövzunun davamı olaraq, KPMG şirkətinin hüquq departamentinin rəhbəri və direktoru Seymur Niftaliyev 2024-cü il ərzində mobilliyin inkişafına dair bir neçə tənzimləyici dəyişiklik, o cümlədən yeni parking sistemi ilə tanışlıq, taksi və taksi sürücülərinə dair yenilənmiş tələblər, elektrik avtomobillərin istifadəsi haqqında danışıb. Görüşün sonunda, xüsusi qonaq olaraq dəvət olunan, Bakıya 6500 km-dən çox məsafəni velosipedlə qət edən COP 29 velosiped sürmə komandasının üzvü Giyem Otraj (Guillaume Otrage, COP29 Bike Team) davamlılıq mövzusunda və iqlim dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşüb.

Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri Paşayeva Maarifə tərəfindən aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı