"İsrailin qətliamlarına və bölgə təhlükəsizliyini təhdid edən hücumlarına qarşı İslam dünyasının əhatəli bir əməkdaşlıq etməsində razılaşdıq. Livanda atəşkəsin əldə olunması sevindiricidir. Livan kimi Qəzzada da atəşkəs təmin edilməlidir. Qəzzada davamlı atəşkəs təmin olunmadan regional və qlobal sabitliyə nail ola bilməyəcəyimizi ifadə etmək istəyirəm. Qəzzada sülhün bərqərar olması üçün üzərimizə düşən nə varsa etməkdən çəkinməyəcəyik".
Metbuat.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Oman Sultanı Heysem bin Tarıqı qəbul edərkən bildirib.
Ərdoğan ABŞ Prezidenti Baydenin Qəzzada atəşkəs üçün yeni təşəbbüs başlatmaq niyyətini isə gecikmiş, lakin vacib addım adlandırıb.