14 noyabr 2024-cü il tarixdə “İnkişafa Doğru” imkansız ailələrə sosial yardım və hüquqi maarifləndirmə ictimai birliyi Bakı şəhərində keçirilən “COP 29 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası” tədbirlərində iştirak edib.
Metbuat.az xəbər verir ki, “İnkişafa Doğru” imkansız ailələrə sosial yardım və hüquqi maarifləndirmə İB-nin sədri, icraçı direktoru və üzvləri COP 29 çərçivsində keçirilən AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin stendinə baş çəkmiş, müxtəlif QHT-lər tərəfindən ekoloji təhlükəsizlik çərçivəsində keçirilən konfranslarda iştirak ediblər.