Təyyarə qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - VİDEO

Dünən səhər saatlarında “Pantsir-1C” raketinin bir hissəsi Vladiqafqaz istiqamətində düşüb.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətyönlü kanalları görüntülər paylaşıb.

“Bez Tormozov” kanalının məlumatına görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra görüntülər silinib.

Qeyd edək ki, dünən Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarə Qroznı üzərində “Pantsir” raketinin hədəfinə tuş gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı