"Valyuta.az" saytı 4 yaşında

Bu gün "Valyuta.az" xəbər portalının 4 yaşı tamam olur.

Metbuat.az xəbər verir ki, iqtisadiyyat və maliyyə sahəsində özəl yazıları ilə yadda qalan sayt 17 fevral 2021-ci ildən fəaliyyət göstərir.

"Valyuta.az"ın əsas məqsədi oxucular üçün operativ və etibarlı məlumat təqdim etməkdir. Saytda gündəlik olaraq maliyyə bazarındakı dəyişikliklər, iqtisadi analizlər, bank sektorundakı yeniliklər və dünya iqtisadiyyatı ilə bağlı vacib xəbərlər yayımlanır. Bundan əlavə, platforma biznes mühiti, investorlar və sıravi vətəndaşlar üçün düzgün maliyyə qərarları verməyə kömək edən etibarlı informasiya mənbəyi rolunu oynayır.

Portal ötən dörd il ərzində ölkədə etibar edilən və nüfuz qazanan aparıcı iqtisadiyyat portallarından birinə çevrilib. Hər gün minlərlə oxucu Azərbaycan və dünya iqtisadiyyatı, maliyyə və biznes xəbərləri, eləcə də müsahibə, araşdırma və şərhləri izləmək üçün bu platformaya müraciət edir.

Redaksiyamız adından "Valyuta.az" kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı