“WhatsApp” əsas ekranda söhbət bildirişlərini idarə etməyi asanlaşdıracaq yeni funksiya üzərində işləyir.
Metbuat.az xəbər verir ki, yeni funksiya oxunmamış mesajların diqqətdə saxlanılması məqsədini daşıyır. Bildirilir ki, hazırki funksiyaya görə, mesajlar oxunmamış olsa belə, “WhatsApp” tətbiqi açıldıqda oxunmamış mesajlara dair bildirişlər silinə bilinir. Yeni funksiya isə bu problemi aradan qaldıracaq. Yeni funskiya sayəsində istifadəçilər aldıqları bildirişlərin sayına daha çox nəzarət edəcək. Yeni funksiya istifadəçilərə bütün oxunmamış mesajları və buraxılmış zəngləri yoxlayana qədər bildirişləri müşahidə etməsinə imkan verəcək. Bildirilir ki, parametrlərdə Əsas ekran bildirişlərində "Göstərilənə qədər sayğacı göstər" seçimi olacaq. Həmin funksiya aktivləşdirildikdən sonra, “WhatsApp” tətbiqi açıldıqdan sonra istifadəçi oxunmamış mesajlara və zənglərə baxana qədər əsas ekran bildirişləri qalacaq.
Deaktiv edildikdə, “WhatsApp” tətbiqi təsadüfən açılsa və mesajlar oxunmasa belə bildiriş nişanları qalacaq.