Virtzin yerinə Arda - “Real”ın istədiyi məbləğ bilindi

Bu mövsüm “Real Madrid”də oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülerin adı “Bavariya” ilə hallanır.

Metbuat.az xəbər verir ki, “Bavariya”nın futbolçu üçün 50 milyon avro təklif etdiyi irəli sürülür. “Fichajes”də dərc edilən xəbərə görə, “Bavariya” Florian Virtzi transfer etmək istəsə də, futbolçu özü “Mançester Siti"yə transfer olmaq istəyir. Buna görə də, “Bavariya” Arda üçün hərəkətə keçib. İddialara görə, “Real” 50 milyon avro civarındakı təklifə razılıq verə bilər. Xəbərdə deyilir ki, “Bavariya” Arda Gülerə heyətdə mühüm rol vermək istəyir. Bildirilir ki, "Bavariya" komandası hücum xəttini Harri Keyn, Camal Musiala və Maykl Olise və Arda Güler ilə formalaşdırmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı