Kemerovo vilayətinin cənubunda zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Zəlzələ Şereqeş dağ-xizək kurortunun yaxınlığında qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,2 bal olub.
Mütəxəssislər zəlzələnin episentrdə 5,5 bal gücündə olduğunu bildiriblər.