Sabah Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində qaz sızmasının qarşısını almaq məqsədilə 2500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Metbuat.az-a Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, aparılacaq təmir işləri qaz xətlərində təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. İşlərin gün ərzində yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulur.