Bağlandığı iddia edilən “Təsir dairəsi” verilişi bu gün yayımlanıb.

Metbuat.az xəbər verir ki, Lalə Azərtaş əvvəlcədən nəzərdə tutulan saatda efirə çıxıb.

O, verilişdə yayımın dayandırılması ilə bağlı məlumat verməyib.

00:24

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişi bağlanıb.

Metbuat.az manset.az-a istinadən xəbər verir ki, Lalə Azərtaşın aparıcılıq etdiyi "Təsir dairəsi" verilişi telekanalın daxili qərarı ilə yayımdan qaldırılıb.

Bu məşhur veriliş də bağlanıb? -

Qeyd edək ki, Oxu.az saytının yazdığı məlumata görə, ATV telekanalında yayımlanan "Bizimləsən" və "Rəngarəng", ARB telekanalında yayımlanan "Səni Axtarıram" və "Həmin Zaur" verilişi də dayandırılıb.