Bakının Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Səbail rayonunun Bayıl və Badamdar qəsəbələrinin təbii qaz təchizatında qısamüddətli fasilə yaranacaq.