Məşhur rejissor Kristofer Nolanın “The Odyssey” filmi bir ay tamam olmadan IMAX tarixinin ən yüksək gəlir gətirən ekran əsəri olub.
Metbuat.az xəbər verir ki, film dünya üzrə IMAX kinoteatrlarından 289 milyon dollar gəlir əldə edərək əvvəlki rekordu geridə qoyub. Son həftəsonunda isə IMAX nümayişlərindən 37 milyon dollar qazanıb.
“The Odyssey”nin Şimali Amerikadakı IMAX gəliri 147 milyon dollara çatıb. Filmin yalnız 41 kinoteatrda nümayiş etdirilən 70 mm-lik IMAX versiyası isə 37,5 milyon dollar gəlir gətirib.
Qeyd edək ki, filmin bütün səhnələri IMAX kameraları ilə çəkilib. Ekran əsərinin qarşıdakı həftə ərzində Çində, sentyabrda isə Yaponiyada nümayişə çıxması planlaşdırılır.