Bu ilin I yarısında Azərbaycan 22,2 milyonABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq – 14 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 22,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çox) 13 min 835 ton (-14 %), Qazaxıstana 111,5 min ABŞ dolları dəyərində (+88 %) 107,6 ton (+46%) və Belarusa 15,38 min ABŞ dolları dəyərində (-49 %) 19,2 ton (+4 dəfə) məhsul satıb.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 16 min 758 ton albalı və gilasın 99,3 %-i Rusiyanın payına düşüb.