“Fast & Furious” seriyasının əsas hekayəsini yekunlaşdıracaq “Fast Forever” filminin çəkilişlərinə dekabr ayında başlanması planlaşdırılır.
Metbuat.az xəbər verir ki, bu barədə filmin baş rol ifaçısı Vin Diesel məlumat verib. O bildirib ki, filmin ssenarisinin hazırlanması gözləniləndən uzun çəkib və dörd il ərzində dörd fərqli ssenarist qrupu ilə çalışılıb.

Fotoda: Vin Diesel
Diesel son ssenarini bir neçə həftə əvvəl oxuduğunu və hekayədən təsirləndiyini deyib. “Fast Forever” filminin rejissoru Louis Leterrier olacaq. Filmin 17 mart 2028-ci ildə təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, “Fast Forever” əsas “Fast & Furious” seriyasının 11-ci və son filmi olacaq.