ABŞ Prezidenti Donald Tramp ölkəsinə məxsus ərazilərin siyahısını paylaşıb.
Metbuat.az xəbər verir ki, Ağ Ev rəhbəri siyahını özünün “Truth Social” hesabında yayımlayıb.
Paylaşımda diqqət çəkən məqamlardan biri Hörmüz boğazının da siyahıda yer alması olub. Belə ki, boğazın adının yanında “yeni” qeydi yazılıb.
Tramp paylaşdığı siyahıda Hörmüz boğazının yer alması ilə bağlı hər hansı əlavə açıqlama verməyib.
Siyahıda, həmçinin Puerto-Riko, Quam, Amerika Samoası, Vircin adaları, Şimali Marian adaları, Ueyk adası, Mikroneziya Federativ Ştatları, Marşall adaları və Vaşinqton kimi coğrafi adlar da yer alıb.
Qeyd edək ki, Mikroneziya Federativ Ştatları və Marşall adaları ABŞ-la sərbəst assosiasiya münasibətlərində olan suveren və müstəqil dövlətlərdir.