“Qalatasaray” İsveçrənin “Sion” klubunda çıxış edən 20 yaşlı hücumçu Vinsley Botelinin transferi üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi gənc forvardın transferi ilə bağlı İsveçrə klubu ilə danışıqlara başlayıb. Məlumata görə, Boteli 2026/2027 mövsümünə olduqca məhsuldar start verərək 10 oyunda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Konfrans Liqasının təsnifat mərhələsində keçirdiyi 6 qarşılaşmada 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bildirilir ki, 20 yaşlı futbolçu İsveçrə Super Liqasında isə 4 oyunda 3 qol və 1 assistlə çıxış edib.
Qeyd edək ki, Vinsley Boteli ötən mövsüm “Borussiya Münhenqladbax”dan icarəyə götürülüb və uğurlu performansından sonra “Sion” tərəfindən 3,5 milyon avroya transfer edilib. Gənc hücumçunun hazırkı bazar dəyəri təxminən 5 milyon avro qiymətləndirilir. Botelinin “Sion”la müqaviləsi daha 4 il qüvvədədir.