Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Azər Mürsəlov saxlanılıb.
Ondan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Mürsəlov barəsində həbs qətimkan tədbiri seçilib.