Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadın avtomobilə hücum çəkib.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə qadının maşına zərbələr endirdiyi, şüşələrini sındırmağa çalışdığı əks olunub.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, iddialara görə, sözügedən avtomobil hadisəni törədən xanımın həyat yoldaşına aiddir.
Əldə edilən məlumata görə, hüquq-mühafizə orqanları hadisədən məlumatlıdır. Həmin şəxs artıq aidiyyəti polis şöbəsinə dəvət olunub.
Sözügedən görüntüləri təqdim edirik: