Şimali Kiprin Girnə şəhəri sahillərində baş verən gəmi qəzasında ölənlərin sayı 13-ə yüksəlib. Daha 15 nəfər itkin hesab olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel məlumat verib.

Qeyd edək ki, avqustun 30-da Girnə ilə Mersinin Taşucu limanı arasında hərəkət edən “Filo Jet” sürətli sərnişin gəmisi yola çıxdıqdan qısa müddət sonra su almağa başlayıb. Gəmi limana qayıtmağa çalışarkən batıb.

Gəminin qalıqları Girnə sahillərində 554 metr dərinlikdə aşkarlanıb.