Rusiya ordusunun Ukraynanın Donetsk vilayətində yerləşən Kurtovka kəndini ələ keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya qüvvələrinin dron və artilleriyadan istifadə etməklə həyata keçirdiyi intensiv atəş nəticəsində Ukrayna ordusunun müdafiə mövqeləri yarılıb.
Bildirilib ki, bundan sonra Ukrayna hərbçiləri Kurtovka kəndini tərk edib.