Gəncədə yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsi ilə Cavad Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, qadın sürücünün idarə etdiyi "Chevrolet" markalı avtomobillə "Prius" markalı minik maşını ilə tooquşub.

Zərbənin təsirindən "Chevrolet" markalı maşın mağazaya çırpılıb. Nəticədə qadın sürücü müxtəlif bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.