Tibo Kurtua Belçika millisinin Millətlər Liqasındakı oyunlarını buraxacaq.
Metbuat.az xəbər verir ki, qapıçı bu barədə yeni baş məşqçi Mark van Bommel ilə keçirdiyi görüşdən sonra qərar verib. Bildirilir ki, 34 yaşlı futbolçu yalnız komandanın qapıçı xəttində zədə səbəbindən ciddi çatışmazlıq yaranacağı halda milliyə dəvəti qəbul edə bilər. Hətta Belçika “Final Four” mərhələsinə vəsiqə qazansa belə, Kurtuanın bu görüşlərdə forma geyinməsi gözlənilmir. Qeyd edək ki, qolkiper daha əvvəl DÇ-2026-dan sonra milli komandada birillik fasilə vermək niyyətində olduğunu açıqlayıb. Kurtua Avropa çempionatının seçmə mərhələsində isə Belçika yığmasına qayıtmağı planlaşdırır.